Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Talış və Suqovuşan minalardan təmizlənir

20:56  |    15 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


İşğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.

“Report”un Qarabağ Mərkəzi xəbər verir ki, Talış və Suqovuşan istiqamətində aparılan ilkin təmizləmə əməliyyatları əsasən kommunikasiya xətlərinin keçəcəyi yerləri əhatə edir.

Minatəmizləmə əməliyyatları ilkin olaraq kommunikasiya xətlərinin keçəcəyi yerlərdə aparılır. İşğal müddətində ermənilər geniş bir ərazini minalayıblar. Vətən müharibəsi başlayandan həmin ərazilər də daxil olmaqla, işğaldan azad edilən bölgələrdə təmizləmə əməliyyatlarına start verilib.

İşğaldan azad olunan Talış və Suqovuşan istiqamətində ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu vaxta qədər aparılan işlər nəticəsində tank və piyada əleyhinə mina, top və minaatan mərmiləri tapılaraq zərərsizləşdirilib.

Basdırılan minalarla yanaşı, ərazi həm də Vətən müharibəsi zamanı ermənilərin atdığı xeyli sayda partlamamış artileriya mərmilərilə çirklənib. Təmizlənmə əməliyyatları yüksək peşəkarlıqla davam etdirilir. Minatəmizləmə əməliyyatlarının ilkin mərhələsində əsasən kommunikasiya xətlərinin keçəcəyi yerlər, yol və su kanalları təmizlənir. Bunlardan biri də Talış kəndinə gedən yol və Tərtərin bir neçə kəndini Suqovuşan su anbarıyla təmin edən beton kanallardır. İndiyə qədər bu ərazilərdən xeyli sayda partlamamış hərbi sursatlar tapılaraq zərərsizləşdirilib.

Əsas strateji əhəmiyyətli xətlərin keçəcəyi yerlər tam təmizləndikdən sonra təmizləmə əməliyyatları geniş sahələrdə aparılacaq.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.03.2021
Fəxrəddin Manafov həyat yoldaşının ölümündən danışdı - FOTO
28.02.2021
Deputatdan hərbçilərin maaşları ilə bağlı daha bir açıqlama
21.02.2021
Erməni vandalizminə məruz qalan Sarallı Xəştab kəndi - FOTO
20.02.2021
Azərbaycan vətəndaşları Türkiyəyə bu vəsiqə ilə gedə bilməyəcək
19.02.2021
Ölüm xəbəri yayılan Rəşid Mahmudov danışdı: "Onu yazan..." - VİDEO