Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Qənirə Paşayeva şəhid Zülfüqar Abbasovun atası ilə görüşüb

20:33  |    15 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Zülfüqar Abbasovun atası Bayram Cəfər oğlu Abbasovla görüşüb

MM-nın Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva Tovuz rayonu, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Zülfüqar Abbasovun atası Bayram Cəfər oğlu Abbasovla görüşüb, onu tarixi zəfər münasibəti il təbrik edib: "Əziz Şəhid atası,
Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Oğlunuz Zülfüqar Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib.

Oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid valideynlərisiz.
Əziz şəhid atası,

Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, Yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!

Q.Pasayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2021
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
25.02.2021
“Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb?” – İlham Əliyev
25.02.2021
Fahrettin Koca Türkiyədə müalicə olunan 3 qazimiz haqda danışdı
25.02.2021
Hərbçilərin maaşlarına əlavələr ediləcək
25.02.2021
“Xudayar təsnifi”nə piano ilə yeni nəfəs verildi - VİDEO