Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7365

Digər sorğular

“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA

16:57  |    15 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qazilər.az bildirir ki, Baş Prokurorluğun məlumatına görə, iş üzrə toplanmış ilkin sübutlar əsasında fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a deyib ki, “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər. Söhbət haqqı çatmadığı halda “Jurnalistlər binası”nda mənzillərə sahiblənən şəxslərdən gedir:

“İstintaq davam etdiyinə görə, mən çox geniş açıqlama vermək istəmirəm. Amma, Baş Prokurorluğun yaydığı məlumatlara görə, həbs edilmiş və barəsində dörd ay həbs qətimkan tədbiri seçilmiş Vüqar Səfərlinin rəhbərlik etdiyi qurumun fəaliyyəti tam araşdırılacaq. Əgər mənimsəmə və digər hallardan başqa, həmin binada mənzil almağa hüququ olmayan şəxslərin mənzillə təmin olunduğuna dair fakt qeydə alınsa, bu, istintaq zamanı araşdırılacaq. Belə hallar olarsa, mülkiyyətə dair bağlanmış müqavilə ləğv ediləcək. Mən ümid edirəm ki, daha sonra həmin mənzillər hüququ çatan jurnalistlərə veriləcək”.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.03.2021
Xaricdən alınan mallara tətbiq edilən 300 dollarlıq rüsumsuz limit artırıla bilərmi? - AÇIQLAMA
04.03.2021
İsrail səfiri qazilərin müalicə olunduğu tibb müəssisəsini ziyarət edib - VİDEO
04.03.2021
Türkiyəli generaldan SƏRT AÇIQLAMA: "Qarabağ razılaşmasının şərtləri pozulur..." - VİDEO
04.03.2021
Qənirə Paşayeva "Rəşadət" ordenli şəhid pokovnik-leytenantın ailəsi ilə görüşüb
04.03.2021
“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə