Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7361

Digər sorğular

Laçındakı Su Elektrik Stansiyası yenidən qurulur - VİDEO

11:45  |    14 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


“Azərenerji” ASC Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparır və işlər yekunlaşmaqdadır.

Qaziler.az bildirir ki, “Azərenerji” ASC-dən verilən məlumata görə, döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar - stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.

Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb. Bunun üçün işə xüsusi briqadalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib.

İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.

Məlumatda o da bildirilir ki, erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, ələlxüsus Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri ümumiyyətlə yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.03.2021
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
01.03.2021
İlham Əliyev və Mehriban Əliyeva Bakıda yaradılan tanker-muzeyinin açılışında - FOTO - VİDEO
01.03.2021
“Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər...” - Xəbərdarlıq
01.03.2021
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib - VİDEO
01.03.2021
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınma mərasimində -FOTO