Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7296

Digər sorğular

Ərdoğandan kritik Qarabağ mesajı: “Putin gec də olsa, bunu etdi”

23:30  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

“Putin Ərdoğanı yalnız telefonla məlumatlandırmamalıdır, danışıqlarda Türkiyənin iştirakını da təmin etməlidir”.

Qazilər.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya və Türkiyə liderləri arasındakı telefon danışığında Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsinə münasibət bildirib:

“Rusiya prezidenti Vladimir Putin iki gün gecikmə ilə də olsa, lazım olanı etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü barədə türkiyəli həmkarını məlumatlandırdı. Kremldən yayılan məlumatda deyilir ki, Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.

İkinci cümlə önəmlidir. Putin Ərdoğanı yalnız telefonla məlumatlandırmamalıdır, danışıqlarda Türkiyənin iştirakını da təmin etməlidir. Türkiyənin masada olması vacibdir, bunu həm Bakı, həm də Ankara istəyir. Kremlə də aydındır ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və onun tərkib hissəsində Qarabağda artıq mövcuddur. Buna görə də Ankara ilə hesablaşmaq lazımdır”.

Elxan Şahinoğlu hesab edir ki, Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə türkiyəli həmkarını məlumatlandırması İrəvanda narahatlıqla qarşılanacaq: “Mızıldanacaqlar, ancaq ağalarına “niyə bu məsələləri Ankara ilə müzakirə edirsiniz” deyəcək cəsarətləri yoxdur”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.01.2021
Ermənistanda qubernator da istefa verib
15.01.2021
Ermənistanın səhiyyə naziri istefa verib
15.01.2021
Rusiya və İran XİN başçıları Moskvada Qarabağı müzakirə edəcək
14.01.2021
Erməni cəmiyyətində qorxu: Ölkədə nə baş verir? - VİDEO
14.01.2021
Azərbaycanla Pakistan arasında əməkdaşlıq haqda saziş imzalanıb