Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7296

Digər sorğular

Polad Həşimovun adı küçəyə verildi - FOTO

21:27  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən yolunda şəhid olan 14 qəhrəmanın adları verilib.

Qazilər.az xəbər verir ki, rayon mərkəzində abadlaşdırılan 32-33-cü məhəllə yaşayış massivində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, digərlərinə isə Vətən Müharibəsində şəhid olan qubalı hərbçilərdən Mehrab Niftəliyev, Şahin Allahyarov (Vətən Müharibəsi Qəhrəmanı), Səddər Piriyev, Samir Süleymanov, Rəvan Əliyev, Murad Həbibov, İsmət Əliyev, Surxay Mehdiyev, Bəşir Abasov, Tamerlan Əliyev, Əli İbrahimov, Musa Məhəmmədov və Çingiz Mustafayevin adları verilib. Artıq küçələrə adların yazıldığı lövhələr də vurulub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev də iştirak edib. Şəhidlərin valideynləri və yaxınları ilə həmsöhbət olub, şəhid və qazilərimizin daim diqqət mərkəzində olduğunu, dövlətin bu istiqamətdə işlərinin daimi olacağını bildirib.

Adları küçələrə verilən şəhidlərin valideynləri və yaxınları onlar üçün belə əlamətdar gündə respublika və rayon rəhbərliyinin yanlarında olmalarından məmnunluqlarını bildiriblər.

Qeyd edək ki, hazırda yaşayış massivində 22 küçə mövcuddur, küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.

Report.az

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.01.2021
Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi
15.01.2021
Qənirə Paşayeva şəhid Zülfüqar Abbasovun atası ilə görüşüb
15.01.2021
“YAŞAT” Fondu üç qazini əməliyyat etdirib
15.01.2021
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
15.01.2021
ANAMA ləğv edildi