Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7296

Digər sorğular

Topçu Vüsalın atası danışdı: Bütün əsgərlərimiz Vüsal kimi qəhrəmandır

20:48  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Bütün əsgər ataları kimi mən də oğlumun qəhrəmanlığı ilə fəxr edirəm.

Qazilər.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən əsgər, "Topçu Vüsal" kimi tanınan Vüsal Şahkərimovun atası İslam Şahkərimov deyib. O bildirir ki, Vüsalın qəhrəmanlığı ilə bağlı video yayılanda böyük qürur hissi keçirib:

"Axşam idi, zəng vurdular ki, hamı Vüsalın qəhrəmanlığından danışır. Telekanallarda videoya baxdım, gözlərim yaşardı. Sevincimin həddi-hüdudu yox idi. Dəfələrlə videonu izlədik. O gündən qəhrəman əsgər atası kimi Vüsalla fəxr edirəm. Azərbaycanın bütün əsgərləri Vüsal kimi qəhrəmanlardır. Qorxmadan düşmənin üzərinə getdilər, onları məhv elədilər və torpaqlarımızı işğaldan azad etdilər".

Əsgər atası deyir ki, Vüsal uşaqlıqdan sakit olub, dərslərini də yaxşı oxuyub: "Sənədlərini ali məktəbə verdi, universitetə daxil olsa da, ödənişli fakultəyə düşdü. Oxutmağa imkanımız olmadı. Dedi ki, əsgər gedim, qayıdım, yenidən sənəd verib qəbul olunacam. İyul ayında, ad günündən sonra hərbi xidmətə yollandı. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. İnşallah bütün hərbçilərimiz sağ-salamat ailəsinə qayıtsınlar, Vüsal da onlarla birlikdə. Bu müharibə göstərdi ki, Azərbaycanın necə mərd, igid övladları var və onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazırdırlar. Şükür ki, Ali Baş Komandanımızın qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olundu"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.01.2021
PKK-nın şəhərlərə yerləşmək planları var - Salehi
15.01.2021
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15.01.2021
Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi
15.01.2021
Qənirə Paşayeva şəhid Zülfüqar Abbasovun atası ilə görüşüb
15.01.2021
“YAŞAT” Fondu üç qazini əməliyyat etdirib