Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7296

Digər sorğular

Deputat “Qarabağ – geri dönən xoşbəxtliyim” filminə görə təşəkkür etdi

17:28  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Qazaxıstanda nümayiş olunan “Qarabağ – geri dönən xoşbəxtliyim” sənədli filminin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qazilər.az xəbər verir ki, Qənirə Paşayeva bunları bildirib:

Qardaş Qazaxıstandan olan jurnalist dostumuz Almas Altayın 44 günlük Azərbaycan Vətən Müharibəsinə həsr etdiyi film bugünlərdə CBC TV-də yayımlandı.

Film qardaş ölkədən olan politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, onların Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında hazırlanıb.

Qardaşımız və Xəzər qonşumuz olan qazaxıstanlı dostların həm həmkar, həm dost-qardaş olaraq Azərbaycana səfər etmələri xoş idi və şadam ki səfər əsnasında bizimlə də görüş nəzərdə tutulmuşdu. Dostlarımız görüş zamanı bizim fikirlərimizi də almışdı və məmnuniyyətlə bildirmək istərdim ki, filmdə bizim fikirlərə də yer verilib.
“Qarabağ – geri dönən xoşbəxtliyim” filmi ilə tanışlıq aydın şəkildə göstərir ki müəllif mövzuya yalnız qardaşlıq duyğuları ilə yanaşmayıb, məhz haqq-ədalət mövqeyindən və peşəkar yanaşma ilə çıxış edib. Bu, qardaş ölkədə, öz mövzusu üzrə, qazax və rus dillərində çəkilən ilk belə əhatəli sənədli film olma özəlliyinə malikdir. Film artıq Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində sənətsevərlərə təqdim olunub.
Fürsətdən istifadə edib, qardaş ölkə yeni nəsil aydınlarının ölkəmizə səfərini təşkil etmiş Almatı şəhərindəki Azərbaycan icmasına və Azərbaycanın Qazaxıstandakı səfirliyinə könül dolusu təşəkkür edirəm. Əlbəttə, ekran işinin süjet xəttinin öz ardıcıllığı, dinamikası ilə seçildiyinə, bizim həqiqətlərimiz haqqında geniş ictimaiyyətə dəqiq və dolğun bilgilər çatdırdığına görə, müəllifə, filmdə əziyyəti olan hər kəsə xüsusi minnətdarıq.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.01.2021
Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi
15.01.2021
Qənirə Paşayeva şəhid Zülfüqar Abbasovun atası ilə görüşüb
15.01.2021
“YAŞAT” Fondu üç qazini əməliyyat etdirib
15.01.2021
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
15.01.2021
ANAMA ləğv edildi