Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7296

Digər sorğular

Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu - FOTO

16:29  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


44 günlük İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərimizdən biri də 24 yaşlı Muradov Nadir Əhməd oğludur.

Əslən Göygöl rayonundan olan Nadir Muradov müharibənin ilk günlərindən ön cəbhəyə yollanan qəhrəmanlardan olub.

Şəhidin qardaşı Əbil Muradov Oxu.Az-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki, qardaşı ilə sonuncu dəfə elə sentyabr ayında danışıblar:

“Müharibə başlayanda qardaşım mənə dedi ki, döyüşə gedir. Təkcə Murov dağı istiqamətinə hərəkət edən dəstələrin içərisində olduğunu bildim. Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Biz müharibə dövründə qardaşımla əlaqə saxlaya bilmədik”.

İlk olaraq itkin olduğu deyilən çavuş Nadir Muradovun şəhid olması xəbərini ailəsinə komandirləri və əsgər yoldaşları veriblər:

“Biz onu itkin bilirdik, axtarırdıq. Amma siyahıda adı yox idi. Sonradan bildik ki, minaya düşərək şəhid olub. Atamı çağırdılar və qardaşımın nəşinin təyin edilməsi üçün DNT testi verdik. Ötən gün qardaşımı Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırdıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.01.2021
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
15.01.2021
“Meşədə altı-yeddi metr qalınlığında beton divarları olan düşmən istehkamları var idi” - MÜSAHİBƏ
15.01.2021
Qənirə Paşayeva “Qarabağ” ordenli şəhid mayorun xanımı ilə görüşüb
15.01.2021
Prezident Cıdır düzündə çay içib - VİDEO
15.01.2021
Çavuşoğlu: “Qarabağ üzrə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq”