Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

“KOBRA” ləqəbli artlleriya canavarı - VİDEO

15:20  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı.

Amma müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, "Kobra” ləqəbli qəhrəman şəhid İbrahimov Xeyrulla Mais oğlu kimi.

Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidimiz polkovnik-leytenant Xeyrulla İbrahimov uzun illər Vətənə xidmət edib. Birinci Qarabağ savaşının iştirakçısı olub. 1992-ci ildə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 22 mart 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralanıb.

Xeyrulla İbrahimov Birinci Qarabağ savaşında yarımçıq qalan işini tamamlamaq üçün döyüşlər başladığı ilk gündən cəbhəyə yollanıb. Bakı korpusunun artilleriya rəisi bir çox yaşayış məntəqələrimizin işğaldan azad edilməsində qəhrəmanlıq göstərib. Şanlı ordumuzun Artilleriya Canavarı döyüş meydanında "Kobra” ləqəbi ilə tanınıb. Onun ələ keçirilməsi üçün erməni hərbi birləşmələri pul mükafatı da təyin edibmiş.

Qarabağı düşməndən azad etmək eşqi ilə alışıb-yanan Xeyrulla İbrahimov baş geyimi ilə düşmən obyektlərinin dəqiq koordinantlarını müəyyən edən, 1 mərmi ilə düşmənin 2 hədəfini məhv edən İGİD SƏRKƏRDƏLƏRDƏN idi. Xeyrulla İbrahimov dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefində imkansız sayılan hərbi əməliyyatları həyata keçirə bilən PAŞALARIMIZDAN idi. Cəbhə bölgəsində Ermənistan silahlı birləşmələrinin canına qorxu salan, xeyli sayda texnikanı ələ keçirən və çoxsaylı düşməni məhv edən Xeyrulla İbrahimov Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. İllər keçəcək, qərinələr ötəcək, qan yaddaşımızda Xeyrulla kimi qəhrəmanlarımız əbədi yaşayacaq.

Bu döyüşlərdə o, zabit heyəti içərisində özünün komandirlərə xas, dərin hərbi bilik, döyüşdə hadisələrin gedişini əvvəlcədən duyub, lazımi tədbirlər görmək qabiliyyətinə malik, tabeliyindəki şəxsi heyətə qarşı ədalətli və qayğıkeş bir komandir kimi göstərmişdir. Xeyrulla cismən dünyasını dəyişsə də, əbədiyaşar qəhrəman kimi dostlarının, tanıyanların və ümumiyyətlə, xalqımızın qəlbindədir.

Azərbaycanın mərd, cəsur, hünərli və vətənpərvər oğlu Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. Ötən 19 il ərzində müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə çalışan Xeyrulla İbrahimov qüsursuz xidməti ilə daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, 1992-ci ildə Azərbaycanın ən gənc hərbi hissə komandiri olan Xeyrulla İbrahimov 3 il ardıcıl olaraq "Azərbaycanın ən yaxşı zabiti” adına layiq görülüb. "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhidimizin 1 qızı və 1 oğlu bizə əmanətdir.

Allah rəhməıt eləsin!

Vətən oğlu, rahat uyu, qanın yerdə qalmadı. Yetirmələrin və silahdaşların tarix yazaraq, yarımçıq qalan işini tamamladı, torpaqlarımızı yağılardan azad edərək sahibinə qovuşdurdu. (hit.az)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
27.01.2021
Vətən müharibəsi qazisi dələduzluqla üzləşib
26.01.2021
Zərif Moskvadan səsləndi: Qarabağın çiçəklənməsi üçün...
26.01.2021
İş axtaranların NƏZƏRİNƏ: Mərhələ martın 13-də başlayır
26.01.2021
Xırdalanda baş verən partlayışla bağlı SON MƏLUMAT - VİDEO