Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkiblər - Video

21:49  |    12 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Qazaxıstanlı rejissorların 44 günlük Vətən müharibəsinə həsr olunan filmi CBC televiziya kanalı ilə yayımlanıb.

Qaziler.az xəbər verir ki, “Qarabağ – geri dönən xoşbəxtliyim” filmi bu ölkədə Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir.

Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Filmdə Qarabağın azadlığının rəmzi olan “Xarı bülbül” haqda ətraflı məlumat verilib.

Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.

Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Qazaxıstanın Almatı şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub. Bundan əvvəl filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
Otuzdan çox erməni hərbçinin meyiti qarşı tərəfə verilib
27.01.2021
Cəbrayılın Göyərçinveysəlli kəndi - VİDEO
27.01.2021
Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
26.01.2021
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
26.01.2021
Almaniyanın XİN rəhbəri: "Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"