Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6952

Digər sorğular

Amerikalı və yapon robotların dueli təşkil olunacaq? - VİDEO

22:00  |    07 İyul 2015  |   E-mail  |  Çapa göndər

Yaponiyanın “Suidobashi Heavy İndustry” şirkəti ABŞ-ın “MegaBot Mk.II” döyüş robotunun yaradıcılarının duelə çağırışını qəbul edib.

İKT.lent.az-ın “N+1” saytına istinadən yaydığı xəbərə görə, robotların döyüşü il ərzində təşkil oluna bilər, dəqiq tarix və yeri təyin etmək hüququ yaponlara verilib.

“MegaBot Mk.II” robotu “Autodesk” firmasının dəstəyi ilə hazırlanıb. Robot boyalı diyircəklərlə atəş açan topla təchiz olunub. “YouTube”da robotun imkanlarının nümayiş olunduğu video yerləşdirilib. Hazırda “MegaBots” şirkəti addımlayan döyüş robotunun yaradılması üzərində çalışır.

Yapon “Kuratas” robotu da döyüş robotları kateqoriyasına aiddir. O, 2012-ci ildə təqdim olunub. Hündürlüyü 4 metrə yaxın, çəkisi 4,5 tondur. Lakin amerikalı robotdan fərqli olaraq, yapon robotu avtonom rejimdə yox, içərisindəki operator tərəfindən idarə edilir.

Əgər döyüş baş tutarsa, elmi-fantastik romanlar və filmlərdəki səhnələr gerçəkləşmiş olacaq.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
Bu gün "Planetlərin paradı" başlayır
04.07.2020
Bakıda kişi oğurladığı dibçəyi kafeyə geri qaytardı - VİDEO
27.06.2020
5G vasitəsi ilə insanları idarə etmək olacaq? - Çiplər təhlükə yaratmır
24.06.2020
Barış Mançonun oğlu ilk dəfə atasının əsil adını açıqladı - VİDEO
22.06.2020
Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO