Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7311

Digər sorğular

Azərbaycanın “Maxaraşvili”si: 62 yaşlı Zahir dayı oğlunun dalınca getdi...Şuşada tapdı

20:57  |    02 Dekabr 2020  |   E-mail  |  Çapa göndər


“Əsgər atası? Hə, hə yaxşı xatırlayıram..Elə məni də o filmdəki qoca Maxaraşviliyə bənzətsələr yaxşıdı. Oğlumun dalınca getdim mən də...”

Bu sözləri Lent.az -a əsgər atası Zahir Həsənov deyir. O əsgər atası ki, 62 yaşı olmasına baxmayaraq oğlunun dalınca cəbhəyə yollanıb, döyüş meydanında onunla çiyin-çiyinə vuruşub. İndi bütün ölkə bu atadan danışır. Onu məşhur "Əsgər atası" filmindəki qoca gürcü kəndlisi Georgi Maxaraşviliyə bənzədirlər. Çünki bəhs etdiyimiz filmdəki əsgər atası da bizim qəhrəman atamız kimi oğlunun dalınca cəbhəyə yollanır, yolboyu başına hər cür hadisə gəlir, amma buna baxmayaraq oğlunu tapır. Bunu Zahir dayıya deyəndə əvvəlcə güldü. Səsindən də hiss olunurdu ki, bu bənzətmə lap ürəyincə olub:

“Hə, hə yaxşı xatırlayıram o filmi. Qoca Maxaraşvili... İndi deyirsən ki, məni də ona bənzədirlər? Lap yaxşı. Düz edirlər. Elə mən də o filmdəki qoca kimi oğlumun dalınca getdim”.

Zahir dayı müharibə başlayandan cəbhəyə getmək istəyib. Hərbi komissarlığına müraciət edib, onlar da sadəcə qeydiyyata salıblar. Amma yaşına görə apara bilməyəcəklərini də bildiriblər:

“Elə oğlumla birlikdə getdik, könüllü olaraq müraciət etdik, qeydiyyatdan keçdik. Onu hələ müharibə başlamazdan bir neçə gün qabaq çağırıb apardılar. Məni isə yox. Dəfələrlə müraciət etdim. Amma həm yaşım, həm də II qrup əlil olmağım buna mane oldu”.

Bəli, Zahir dayı II qrup Qarabağ əlilidir. O, birinci Qarabağ müharibəsinin iştirakçısıdır. 1991-ci ildə N saylı hərbi hissədə motoatıcı əsgərlərin komandiri olub. Fizuli şəhərində doğulub, böyüyən Zahir dayı bu yerlərin azadlığı uğrunda döyüşüb və yaralanıb. Azərbaycan Bayrağı ordeni ilə təltif olunan həmsöhbətimiz bildirir ki, Vətən müharibəsi başlayanda yenidən könüllü olaraq orduya qatılmaq, doğma yurdunun işğaldan azad olunmasında iştirak etmək istəyib. Hərbi komissarlıqdan cavab gəlməyincə, Müdafiə Nazirliyinə müraciət edir. Zahir dayının istəyi nəzərə alınır və o, yenidən döyüş meydanına, gənclikdə vuruşduğu torpaqlara yollana bilir:

“Yenidən keçmiş döyüşçüləri toplayıb könüllülər qrupu yaratdıq. Komandiri olduğum hərbi hissənin o vaxtkı döyüşçüləri ilə döyüş meydanına getdik. Aslan Aslanov, Bəhrəm Həsənov, Cəmşid Ağayev o vaxtı da mənimlə birlikdə idilər, indi də. Əslində mən oğlumdan təxminən 10-15 kilometr öndə vuruşurdum. Sonra bilmirəm necə oldusa uşaq məndən qabaqda oldu. Bir də xəbər tutdum ki, öndədir. Mən də onun dalınca getdim”.

Oğlu Ceyhunun 26 yaşı var. Cəbrayıl rayonunun Daşkəsən kəndi və Xocavəndin Azıx istiqamətlərində döyüşüb. Zahir dayı onunla Şuşa istiqamətində görüşə bilir:

“Əlbəttə, gözümdə həmişə uşaq olan Ceyhunu döyüş meydanında görmək mənə ancaq qürur hissi verə bilərdi. O qədər sevincli idim ki, özümdə qəribə bir güc hiss edirdim”.

Zahir dayı müharibədə kəllə-beyin travması alıb. Hazırda Füzulidədir. Səhhətinin yaxşı olduğunu bildirən Zahir dayı deyir ki, qazandığımız qələbənin bəxş etdiyi sevinc hissi bütün ağrılarımı alıb aparıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.01.2021
44 günlük Vətən müharibəsinin daha bir şəhidi - FOTO
25.01.2021
Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçiləri - VİDEO
25.01.2021
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
25.01.2021
Azərbaycan rus deputatın adını qara siyahıya saldı - XİN
25.01.2021
Mehriban Əliyeva yenidən federasiyanın prezidenti seçildi