Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

Müharibə iştirakçılarına xüsusi diqqət göstərilməlidir

19:49  |    02 Dekabr 2020  |   E-mail  |  Çapa göndər


Hətta sonu qələbə ilə nəticələnən müharibələr belə özü ilə uzunmüddədli ağrı-acı, illərlə sağalmayan yaralar, dərd, ucu-bucağı görünməyən problemlər gətirir.

Bunlar dağıntı, insan itkisi, əlillik, psoxoloji sarsıntılar və s. Bir həqiqət də var ki, bu problemlərin yüngülləşməsində, tədricən aradan qalxmasında cəmiyyət ancaq yardımçı, dəstəkçi rolunu oynaya bilir. Müharibənin özündə olduğu kimi, onun yaratdığı problemlərin aradan qalxmasında da aparıcı qüvvə həmişə dövlət özüdür.
Heç şübhəsiz ki, dağıntıları bərpa etmək, uçmuş evləri yenidən qurmaq miqyasından asılı olaraq bəlli bir zaman çərçivəsində həll olunur. Hətta mühəndislər əvvəlcədən bu işin nə qədər müddətə görüləcəyini dəqiq deyə də bilirlər. Amma insan sağlamlığına, onun psixologiyasına dəyən zərbələrin aradan qalxma müddətini bəzən nəinki əvvəldən demək, heç təxmini proqnozlaşdırmaq da olmur. Bu elə bir problemdir ki, təkcə dövlətin hərtərəfli dəstəyini, madi yaqrdımını yox, eyni zamanda aidiyyatlı təşkilatların, məsul şəxslərin öz işlərinin öhdəsindən yüksək daima və səviyyədə gəlməsini tələb edir. Fakt faktlığında qalır ki, zərərçəkmiş insana ən yüksək maddi yardımın belə mənəvi-psixoloji dəstəksiz yetərincə effekti olmaya bilir.
Müharibədə övladını itirmiş valideyn, ərini itirmiş qadın, atasını itirmiş övlad yalnız qapı-qonşudan, cəmiyyətdən yox, qapısını döydüyü dövlət qurumundan, üz tutduğu məmurdan öz statusuna uyğun davranış görməlidir. Özü də bu diqqət ona sədəqə, humanist davranış, insani münasibət olaraq yox (bunlar da qəbuledənin qabliyyətinə bağlı məsələdi, ola da bilər, olmaya da), haqq olaraq ərməğan edilməlidir.
Sözügedən rəsmi diqqət müharibədə əsir, itkin düşmüş insanların ailələrinə də şamil edilməlidir. Girov düşmüş insanlarla basil da müəyyən addımlar atılmalıdır.
Müharibədə sağlamlığını itirmiş insanlar da yalnız cəmiyyətin yox, dövlətin-məmurların yüksək məsuliyyətli yanaşmasını hiss etməlidi hər dəfə rəsmi qurumlara üz tutand. Əlbəttə ki, təkcə rəsmi qurumlara üz ttanda yox. Həm də dövlətin maraqları hər hansı şəkildə onun maraqları ilə kəsişəndə də.
Müharibədə iştirak etmiş tibb işçiləri, sürücülər və başqaları ilə bağlı da uyğun addımlar atılmalıdır. Ümumiyyətlə sadalanan kateqoriyadan olan insanlara ayrıca güzəştlər nəzərdə tutlmalıdır ki, onların sonrakı həyatı müəyyən qədər rahat keçsin və mənəvi-psoxoloji sarsıntılarını nisbətən yüngül adlada bilsinlər.
Bütün bunlardan ötrü əlbəttə ki, dövlət tərəfindən yeni qaydalar, yeni yanaşmalar işlənib hazırlanmalı, parlamentdə müzakirə olunub rəsmiləşdirilməlidir.
Bu insanlara - xüsusən ciddi zərər görmüşlərə istədikləri vaxt ödənişsiz olaraq həkimə, psixolaqa, vəkilə müraciət etmək imkanı yaradılmalııdır. Onların problemlərinin həlli üçün lazım gələrsə, hansısa mövcud dövlət qurumunu ixtisaslaşdırmaq, yaxud yeni qurum yaratmaq olar. Onu da deyim ki, bu istiqamətdə fəaliyyət göstərən təşkilatlar bu günlərdə şahidi olduğumuz Vətən Müharibəsindən qalan problemlərin öhdəsindən gələcək halda deyillər. Belə düşünməyə onların indiyəqədərki fəaliyyətləri əsas verir. Müharibə iştirakçılarının, onlarının ailələrinin problemləri ilə indiyə qədər bir çox hallarda Azərbaycandakı hüquq müdafiəçiləri, insan hüquqlarına dair təşkilatlar məşğul olub, nəinki cavabdeh rəsmi qurumlar.
Azərbaycanda insan hüquqlarının qorunmasına dair əvvəllər müşahidə etdiyimiz bir sıra problemlər var ki, onların yetərincə təhlil edilməsində və ədalətli həllinə nail olunmada mövcud Ombudsman Aparatı da qənaətbəxş tövhə verə bilməyib. Bu baxımdan bəlkə də təkcə son iki ayda şahidi olduğumuz müharibənin deyil, ümumiyyətlə 1988-ci ildən bu yana Qarabağ müharibəsinin hər hansı formada iştirakı olmuş şəxslər üçün ayrıca Ombudsmanlıq institutu yaratmaq olar. Ya da Ombudsman Aparatının tərkibində müvafiq idarə yaratmaq olar(əgər varsa, yeniləmək). Hər iki halda – sərbəst və ya tərkibdə yaradılmış qurumun başında ya müharibə iştirakçısı olmuş hüquqşünas, ya da o cameənin tam etibar etdiyi bir şəxs dayanması daha faydalı olar.
İlk baxışda yuxarıda dediklərim – istər dövlətin fərqli dəstəyi, istərsə hüquqların ayrıca müdafiəsi sistemi kimlərəsə ayrı-seçkilik kimi görünə bilər. Amma əslində bu belə deyil. Əslində bu, cəmiyyətin hörmət etdiyi, hər addımda qayğısına qalmağa çalışdığı bir zümrənin rifahı naminə edilən bir təklifdir. Əgər gerçəkləşərsə, cəmiyyətimiz özü də müharibə iştirakçılarının hüquq və sağlamlıqlarının qorunması məsələsindən arxayın ola bilər.

Qalib İsmayılov
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
"Qaçqınkom"un strukturunda dəyişiklik aparılıb
27.01.2021
Sabahın hava proqnozu açıqlanıb
27.01.2021
Prezident Aydın Kərimovu videoformatda qəbul etdi
27.01.2021
Qarabağ qazisinə vəzifə verildi
27.01.2021
Azərbaycan Prezidentinin Şuşada xüsusi nümayəndəsi təyin edilib