Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

Çində koronavirusla bağlı 117 səhifəlik gizli sənədlər üzə çıxdı

11:14  |    02 Dekabr 2020  |   E-mail  |  Çapa göndər

Çində Hubey Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən 117 səhifəlik gizli sənəd mediaya sızıb.

CNN-in ələ keçirdiyi gizli sənədlərə görə, Çin rəsmilərinin COVID-19 pandemiyası ilə əlaqədar dünyadakı vəziyyətdən çox daha optimist məlumatlar paylaşdıqları bildirilib.

Qeyd edilir ki, sənədləri onlara çatdıran Çin səhiyyə sistemində çalışan bir şəxsdir, sənədlər 6 müstəqil ekspert tərəfindən araşdırılıb və onların həqiqiliyi təsdiqlənib.

Sözügedən sənədlərin COVID-19 epidemiyasının başlanğıcından bəri Çindən sızan ən vacib sənədlər olduğu və yerli hakimiyyət orqanlarının epidemiyanın başlanğıcında daxildə nə vaxt və nə bildikləri barədə əhəmiyyətli məlumatlar daşıdığı vurğulanır.

Sənədlərdən məlum olur ki, Çində səhiyyə sistemində çatışmazlıqlar olub, ölkədə epidemiyanın ilk mərhələlərində COVID-19-a yoluxma hadisələrinin aşkarlanması və təsdiqlənməsi 23 günə kimi uzanıb və testlərdəki uğursuzluqdan onların çoxunun neqativ çıxdığı bildirilib. Eyni zamanda, insanlara təhlükə barədə gec xəbərdarlıq edilib.

Çin rəsmilərinin Hubey əyalətindəki Uhan şəhərini koronavirus epidemiyasının mərkəzi kimi göstərmələrinə baxmayaraq, dekabrın əvvəlində Uhanla qonşu olan digər şəhərlərdə əvvəlki ilə nisbətən 20 qat daha çox qrip epidemiyasının meydana gəldiyi qeyd olunur.

Sənədlərdə virusun laboratoriyadan sızdığı iddiaları ilə bağlı heç bir məlumat olmayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə göndərilib
26.01.2021
Putinlə Bayden arasında telefon danışığı olub
26.01.2021
ABŞ-ın yeni dövlət katibi bəlli oldu
26.01.2021
Ukrayna ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verildi
26.01.2021
Hindistanda “TikTok” qadağan edildi