Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

İsveçrədə yaşayan azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu ünvanlayıblar

16:31  |    01 Dekabr 2020  |   E-mail  |  Çapa göndər


İsveçrənin “Le Temps” qəzeti Qarabağ həqiqətlərini oxucularına təhrif olunmuş formada təqdim edib.

Bununla əlaqədar olaraq, həmvətənlərimiz “La Temps” qəzetinin redaksiyasına etiraz məktubu ünvanlayıblar.

Məktubda qeyd olunur ki, bu ölkədə yaşayan azərbaycanlılar əslində bitərəf mövqe sərgiləməli olan mətbuat orqanının erməni təxribatına uymasından, eləcə də Qarabağ həqiqətlərini ölkə ictimaiyyətinə təhrif edilmiş formada təqdim etməsindən dərin təəssüf hissi keçirirlər. Həmçinin, məktubda Xocalı soyqırımı, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının yurd-yuvasından didərgin düşməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin 27 il ərzində yerinə yetirilməməsi barədə məlumat verilib.

Bundan əlavə, sentyabrın 27-dən etibarən işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yaşayan mülki əhalisinə qarşı törətdiyi terror aktları və işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən ekoloji terror barədə informasiya da qəzetin redaksiya heyətinin diqqətinə çatdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Ukrayna XİN-dən Qara dənizdə batan “Arvin” gəmisi ilə bağlı AÇIQLAMA
17.01.2021
Aleksey Navalnı Moskvada saxlanıldı
17.01.2021
İsraildə “Pfizer” vurduran 13 nəfər iflic oldu
17.01.2021
Əfqanıstanda silahlılar hakim qadınları güllələyiblər
17.01.2021
Kəşfiyyat məlumatı açıqlandı: koronavirus necə yayılıb?