Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Azərbaycanda Koreya Kinosu Festivalı Gəncədən başladı -VİDEO

19:55  |    07 İyul 2015  |   E-mail  |  Çapa göndər

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə 2015-ci il 6 iyul-15 avqust tarixləri arasında ölkənin 5 regionunda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın keçirilməsi planlaşdırılır.

Gəncədə festivalın açılış mərasimində bildirilib ki, bu festival iki ölkənin insanlarını və mədəniyyətini birləşdirmək üçün mühüm körpü rolunu oynayacaq. Eyni zamanda Azərbaycan tamaşaçısının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımalarına, həm də mədəniyyətləri ilə daha yaxından tanış olmalarına şərait yaradacaq.

SEBA Assosiasiyasının sədr müavini İrina Zeynalova festivalı açıq elan etdikdən sonra tamaşaçılara 2008-ci ildə rejissor Yim Soon-rye tərəfindən lentə alınmış “Əbədi An” (“Forever The Moment”) adlı ekran əsəri təqdim olunub.

Qeyd edək ki, Gəncə şəhərində keçirilən “Koreya Kinosu Festivalı” iyulun 12-nə kimi davam edəcək. Festival 13-19 iyul Lənkəranda, 20-29 iyul Sumqayıtda, 31 iyul-6 avqust Ağdaşda, 7-15 avqust tarixlərində isə Qəbələdə davam edəcək.

2015-ci il “Azərbaycanda Koreya Kinosu Festivalı”nda 10 Koreya filmi nümayiş olunacaq. Bütün filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub. Bütün qeyd olunan şəhərlərdə “Koreya Kinosu Festivalı 2015”-in nümayişlərinə giriş sərbəst olacaq.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...
23.08.2019
İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
17.08.2019
Sehirli səsi ilə tarixə düşən dünya şöhrətli azərbaycanlı
14.08.2019
Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – PORTRET
24.07.2019
Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM