Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

“Çıxılmaz vəziyyətə düşdük, mən nə edə bilərdim?” - Paşinyan

17:53  |    29 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.

Azvision.az xəbər verir ki, ikinci Qarabağ müharibəsindəki məğlubiyyət səbəbindən ittiham olunan baş nazir mövcud vəziyyətə aydınlıq gətirməyə çalışıb.
"2018-ci ildə baş nazir vəzifəsinə başladıqdan sonra təbii ki, vəziyyətlə tanış oldum. Nə edə bilərdim? Mən xalqa müraciət edə və deyə bilərdim ki, dostlar, vəziyyət belədir: ya 7 rayonu Qarabağın statusu olmadan veririk, ya da müharibə olacaq. İnsanlar nə deyəcəkdilər?Təbii ki, savaşacaqlarını... Müharibə başlayacaqdı və Ermənistanın onu başlatdığı ortaya çıxacaqdı. Əgər mən 7 rayonu verək desəydim, insanlar "Nikol xəyanətkardır" deyəcəkdilər".

Paşinyanın sözlərinə görə, münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışsaydı, ondan qoşunların geri çəkilməsi üçün konkret cədvəl tələb olunacaqdı. O, buna razı olsaydı, yenə xain adlandırılacaq və müharibə yenidən başlayacaqdı...

"Beləliklə, 2018-ci ildən bəri Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, yalnız bir çıxış yolu var idi - ərazilərin qeyd-şərtsiz təhvil verilməsi, həm də Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə dair zəmanət olmadan. Bu, yeni bir müharibə riski demək idi".

Bundan əlavə, Paşinyan qeyd edib ki, əvvəldən müharibəni dayandırsaydı, yenə vəziyyət dəyişməyəcəkdi, yeddi rayondan imtina etməyə məcbur qalacaqdılar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə göndərilib
26.01.2021
Putinlə Bayden arasında telefon danışığı olub
26.01.2021
ABŞ-ın yeni dövlət katibi bəlli oldu
26.01.2021
Ukrayna ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verildi
26.01.2021
Hindistanda “TikTok” qadağan edildi