Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7365

Digər sorğular

Türkiyədə “Can Azərbaycana bir məktubum var” kampaniyası başladılıb

20:00  |    27 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Türkiyənin Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimlər Birliyinin Kastamonu vilayətindəki şöbəsinin üzvləri tərəfindən “Can Azərbaycana bir məktubum var” kampaniyasına start verilib.

AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində ilk məktub şəhid anası və atası tərəfindən yazılıb.

Bingöldə 2018-ci ildə terrorçuların açdığı atəş nəticəsində şəhid olan əsgər Şevki Eren Yatkının atası Əhməd və anası Zəhra Yatkın kampaniya çərçivəsində Azərbaycana məktub yazmaq istəyiblər.

Kastamonunun Cide rayonunun Çayyaka kəndindən yazdıqları məktubla yola çıxan ailə Kastamonu vilayətinin mərkəzinə gəlib. Ailə məktubu birliyin Kastamonu şöbəsinin sədri Berat Satıoğluna təqdim edib.

Kampaniyanın keçirildiyini eşitdikdə onların da məktub yazmaq istədiklərini bildirən Z.Yatkın deyib: “Can Azərbaycana dəstək vermək üçün yola çıxdıq, 140 kilometr məsafə qət etdik. Azərbaycan öz torpaqlarını geri almaq üçün ayağa qalxıb. Onların əsgərlərinin hamısı bizim övladımızdır. Vətəni, milləti üçün savaşırlar və alnıaçıq torpaqlarını geri alırlar. Allah dövlətimizi, millətimizi qorusun. Türkün türkdən başqa dostu yoxdur. Bunu gözlərimizlə görürük”.

Oğlunu Vətən uğrunda qurban verdiyini bildirən şəhid atası deyib: “Azərbaycandakı qardaşlarımıza mənəvi dəstək olmaq üçün məktub yazmaq istədim. Bir şəhid atası olaraq hisslərim fərqlidir, ürəyimdən gələn sözləri yazdım”.

Kampaniyaya Türkiyənin bir çox yerlərindən dəstək gəldiyini vurğulayan birliyin sədri deyib: “Mail və telefon vasitəsilə gələn məktublardan başqa, əl yazısı ilə ilk məktub Yatkın ailəsindən gəlib. Bütün məktublar bizim üçün qiymətlidir, amma şəhid ailələrimizin yazdığı məktublar daha dəyərlidir. Kastamonunun ən son şəhidlərindən olan Şevki Eren Yatkının ana və atasının kampaniyaya dəstək vermək üçün birliyimizə gəlmələri bizi çox duyğulandırdı. Şəhid ailələri Azərbaycan Ordusunun Vətən, bayraq və azan uğrunda mübarizələrini daha yaxşı anlayan insanlardır. Bu məktublardan kitab hazırlamaq və onu gələcək nəsillərə çatdırmaq niyyətindəyik. Azərbaycanın Xalq artisti Azərinin də dəstək verdiyi kampaniya çərçivəsində məktubların dekabrın 15-dək qəbul ediləcək. Toplanan məktublar Azərbaycanın Türkiyədəki Səfirliyinə təslim ediləcək”.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.03.2021
Koronavirus bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu - Statistika
03.03.2021
“Kurtlar Vadisi”nin rejissoru: “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” – VİDEO
03.03.2021
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
03.03.2021
Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib
03.03.2021
“Bir ildən sonra normal həyata qayıdacağıq” - Bayden