Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Koronavirusa yoluxan deputat sağaldı

13:53  |    27 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Koronavirusa yoluxan deputat Rəşad Mahmudov sağalıb.

Trend-in məlumatına görə, bu barədə R.Mahmudov özü bildirib.

O deyib: “Allahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə COVİD müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür. 1. Kontrol edilməyən qorxu və stres, 2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi, 3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması...

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqdır.

Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm. Mən ağciyər tutulması ilə evdə sadəcə doğru dərman (ağızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olundum. Arzum qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
17.01.2021
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
17.01.2021
Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb - FOTO
17.01.2021
Rusiyada qəhrəman deputat vəfat etdi
17.01.2021
Türkiyə dünyada ən çox peyvənd tətbiq edən ilk on ölkədən biridir