Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım, heç nə hiss etmirdim” - VİDEO

10:26  |    27 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Cəbhədə bir yerdə çiyin-çiyinə döyüşən 20 yaşlı İlkin və 18 yaşlı Elmin Şəbizadə qardaşlarının qəhramanlıqları dillərə dastan olub.

Qazilər.az AZTV-yə istinadla xəbər verir ki, hər iki valideynlərini itirən qardaşların döyüş bölgəsinə bir-birlərinə göstərdikləri dəstək və qayğını cəbhə dostları heyranlıqla qarşılayıb.

İlkin Şəbizadə bildirir ki, Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Qardaşının yarası ondan ağır olduğu üçün onu çiyninə alaraq döyüş bölgəsindən uzaqlaşıb:

“Yaralansam da, ağlım qardaşımda idi deyə heç nə hiss etmirdim. Maşına çatdıq və bizi hospitala gətirdilər. Qardaşımın ayağındakı ət sallanırdı. Çox qan itirmişdi, üşüyürdü, üzü ağappaq idi.

Bir gün qaldıq orada. Qardaşım idi, mən idim, bir də bizim üstümüzdə Allah idi. Min canım olsa, qardaşıma və əsgərlərimizə qurban verərdim. Allah şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, bir neçə dəfə əməliyyat olunan E.Şəbizadənin müalicəsi hazırda xəstəxanada davam edir.

Ətraflı AZTV-nin süjetini təqdim edirik:

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Şuşa fatehlərindən olan şəhid çavuş
17.01.2021
Vətən Müharibəsində hücuma keçən ilk tankçı - VİDEOREPORTAJ
17.01.2021
Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərinin meyitləri aşkarlandı
17.01.2021
Ermənilərin böyük sığınacağı aşkarlandı - 3 mərtəbəli...- VİDEO
16.01.2021
Dövlət Bahçeli: "Ülkü Ocaqları Şuşada məktəb tikəcək"