Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7314

Digər sorğular

Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu - VİDEO

19:33  |    25 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Qax rayonunun Cəlayir kəndindən olan Qorxmaz Əlizadə Vətən Müharibəsində şəhid olub.

Baku TV xəbər verir ki, oktyabrın 17-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələn qəhrəmanımız döyüşdüyü müddət ərzində xüsusi rəşadət göstərib.

Bir çox erməni postlarının alınmasında xüsusi rolu olan 25 yaşlı Qorxmaz sonda ən ali zirvəyə ucalıb. Onun yoxluğu ilə barışa bilməyən ailə indi Qorxmazın yadigar qoyub getdiyi iki yaşlı qızı və yeni doğulmuş oğlu ilə təskinlik tapır.

Evin sonbeşiyi olan Qorxmaz 10 yaşında anasını itirib. Məktəb illərindən seçdiyi yolla gedən Qorxmazın bir məqsədi olub - hərbi biliklərə yiyələnmək və general olmaq. Ömrünün 25-ci baharında şəhid olan qəhrəman zabit baş-leytenant rütbəsinə qədər yüksəlib.

Şəhidin bayrağa olan sevgisi isə bir başqa idi. Həmişə cibində üçrəngli bayrağımızı gəzdirərdi.

Qeyd edək ki, baş leytenant Qorxmaz Əlizadə kəşfiyyat komandiri olub. O, başçılıq etdiyi döyüş yoldaşları ilə birlikdə çox sayda erməni hərbçisini, o cümlədən, onların döyüş postlarını darmadağın edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
27.01.2021
Vətən müharibəsi qazisi dələduzluqla üzləşib
26.01.2021
Zərif Moskvadan səsləndi: Qarabağın çiçəklənməsi üçün...
26.01.2021
İş axtaranların NƏZƏRİNƏ: Mərhələ martın 13-də başlayır
26.01.2021
Xırdalanda baş verən partlayışla bağlı SON MƏLUMAT - VİDEO