Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7304

Digər sorğular

“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib

17:46  |    25 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin od-alovlarından keçərək qalibiyyət bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə görüşlər keçirilib, onların qarşısında incəsənət ustalarının çıxışları təşkil olunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində “Vətən müharibəsində möhtəşəm qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında keçirilən vətənpərvərlik tədbirlərində əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qırx dörd günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan, ordu ilə xalqın sağlam mənəvi birliyindən, döyüşlərdə yeni tarix yazan qüdrətli Sərkərdəmizin və mərd oğullarımızın fədakarlıqlarından iftixarla söhbət açıb.

Respublikanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Cahangir Qurbanov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun iştirakı ilə Ali Baş Komandanı, müzəffər Azərbaycan Ordusunu və qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları, hərbi marşlar səsləndirilib.

Bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə yazdığı “Qələbəyə gedən yollar”, “Qalib Sərkərdə”, “Müzəffər Ordumuz”, “Qələbə müjdəsi”, “Biz gəlmişik, Qarabağ” mahnılarını döyüşçülər alqışlarla qarşılayıblar.

Şuşada klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, böyük sənətkarımız Bülbülün ev muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məzarı, eləcə də Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və dağıdılmış digər tarixi memarlıq abidələrimiz ziyarət olunub.

Bülbülün ata ocağında iməcilik keçirilib. Bülbülün repertuarından “Sənsiz”, “Sevgili canan” romansları və “Koroğlu” operasından parçalar ifa edilib.

Tədbirin təşkilatçıları əminliklə bildiriblər ki, xalqımızın xilaskar oğlu, qalib sərkərdəmiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən bütün bölgələrimizdə, o cümlədən Şuşada tezliklə böyük quruculuq işləri aparılacaq, köçkünlər öz doğma yaşayış məntəqələrinə qayıdacaq, Azərbaycan əsgəri bundan sonra da əzəli və əbədi torpaqlarımızın müdafiəsində mərdliklə dayanacaqdır.

Vətənpərvərlik tədbirləri Ağdam, Laçın və Kəlbəcər rayonlarında davam etdiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2021
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda I yerdədir
20.01.2021
DİN "telegram" kanalında açıq platforma yaradıb
20.01.2021
Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO
20.01.2021
Qənirə Paşayeva şəhid Şəmsəddin Təhməzovun atası ilə görüşüb
20.01.2021
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ