Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7304

Digər sorğular

Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb

15:28  |    25 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


İcmanın sədri Milix Yevdayevin imzası ilə beynəlxalq qurumlara ünvanlanan məktubda işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı 27 sentyabr 2020-ci il tarixli hücumu təxribat kimi qiymətləndirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirir ki, məktubda qeyd edilib ki: "Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında itkilərə səbəb olub. Bir çox evə və mülki obyektə ciddi ziyan dəyib".

Yəhudilər tarixi, mədəni və mültikultural dəyərlərlə zəngin olan Azərbaycanda 2000 ilə yaxındır sülh və təhlükəsizlik şəraitində yaşayırlar: "Milliyyətindən və irqindən asılı olmayaraq qanuna tabe olan hər kəs bu ölkədə sülh və əmin-amanlıq içində yaşaya bilər. Tam əminliklə bəyan edirəm ki, azərbaycanlılar sülhsevər, tolerant və mültikulturalizm dəyərlərə sadiq insanlardır".

Azərbaycanın Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərində ermənilərin törətdikləri ekoloji terroru hiddətlə pislədiyini deyən M.Yevdayev qeyd edib ki, Şuşa şəhərinin ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforun tətbiq olunması ilə yandırılması, eləcə də ağacları kəsib, meşələri yandırmaqla Kəlbəcərin ətraf mühitinə qəsdən ziyan vurulması çiddi ekoloji çinayətlərdir.

İcma rəhbəri beynəlxalq təşkilatları ekoloji terrorizmi öz təcavüzünün aləti kimi istifadə edən Ermənistanın təxribatlarına, o cümlədən dünya ictimaiyyətini aldatmağa yönəlmiş dezinformasiyalarına uymamağa, ədalətli mübarizəsində Azərbaycan xalqının və dövlətinin tərəfində olmağa, bu cinayətlərin qarşısını almaq və Ermənistanı dayandırmaq üçün səyləri birləşdirməyə çağırıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2021
“Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
20.01.2021
Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...
20.01.2021
İtaliya səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
20.01.2021
İran XİN başçısı Azərbaycana səfər edəcək
20.01.2021
Türkiyə MN-dan Qanlı Yanvarla bağlı paylaşım - FOTO