Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7304

Digər sorğular

Çavuşoğlu: "Yük gəmisinə rəsmi icazə olmadan müdaxilə etmək quldurluqdur"

09:14  |    25 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


“Irini” əməliyyatının Türkiyəyə məxsus gəmiyə qarşı davranışının meydanda da cavabını verəcəyik, bu məsələdə siyasi və hüquqi prosesləri nəzarətdə saxlayacağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyəyə məxsus “Roseline A” ticarət gəmisində “Irini” əməliyyatı çərçivəsində axtarış aparılması ilə əlaqədar jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı da bu baxımdan Türkiyənin lehinədir.

M.Çavuşoğlu BMT, NATO və Beynəlxalq Dənizçilik Təşkilatı ilə bu mövzuda danışıqlar aparıldığını, dünən Avropa İttifaqı, Almaniya və İtaliyanın Ankaradakı səfirliyi vasitəsilə Türkiyənin nota verdiyini xatırladaraq bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni nəzarətdə saxlamaq üçün xüsusi təlimat verib: “Ticarət gəmisinə rəsmi icazə olmadan müdaxilə etmək dəniz quldurluğudur, beynəlxalq hüquqa ziddir. Biz bu məsələni sonuna qədər təqib edəcəyik”.

Qeyd edək ki, noyabrın 22-də Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus “Hamburg” gəmisinin hərbi heyəti beynəlxalq dəniz qanunlarına zidd axtarış aparıb.

Avropa İttifaqı Dəniz Qüvvələri BMT-nin Liviyaya tətbiq etdiyi silah məhdudiyyətləri çərçivəsində 31 mart 2020-ci ildən Aralıq dənizində “Irini” (yunanca barış) hərəkatına başlayıb. Lakin mərkəzi ofisi Romada yerləşən “Irini” hərəkatı beynəlxalq, hüququn bəzi tələblərinə görə, qərəzli və qanunsuz hesab edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.01.2021
Ermənilər Baydenin gəlişinə niyə sevinir?
20.01.2021
Tramp Baydenə məktub yazıb
20.01.2021
Türkiyədə vaksinasiya olunanların sayı 1 milyonu ötdü
20.01.2021
Bayden and içərək prezident kimi fəaliyyətə başladı
20.01.2021
ABŞ-ın yeni Prezidenti Co Baydenin andiçmə mərasimi keçirilir - CANLI