Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

Evdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı" - VİDEO

13:50  |    24 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

Qazilər.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

S.Əliyev saxlanılan zaman bildirib ki, evdən çıxmamaqla bağlı məlumatı olub:

“Evdə ürəyim sıxılırdı, maşını götürüb, havamı dəyişmək üçün fırlanıb qayıtdım”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.01.2021
Bakıda daha bir intihar hadisəsi: Qadın özünü çoxmərtəbəli binadan atdı
26.01.2021
Xırdalanda dağıntılar altında qalan uşağın meyiti tapılıb - VİDEO
26.01.2021
Xəzərdə zəlzələ olub
26.01.2021
Ermənilər daha 65 nəfərin öldüyünü etiraf etdi
26.01.2021
Xırdalanda xilasetmə əməliyyatına itlər cəlb olundu - VİDEO