Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

18 gün komada qalan qazimiz evinə döndü - VİDEO

23:45  |    21 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Yaralı olduğu halda əsgər yoldaşlarının həyatını xilas edən və 18 gün komada qalan qubalı qazimiz evinə dönüb.

Qazilər.az Baku TV-yə istinadla xəbər verir ki, onun dönüşü əsl bayram ab-havası yaradıb.

Böyükdən-kiçiyə hər kəs əsgərin evi qarşısında onu qarşılayıb.

Səkkiz ildir vətənə qulluq edən gizir Zeynal Fərzəliyevin əsas vəzifəsi yaralı əsgərlərimizə tibbi yardım göstərmək olub. Ordumuzun şücaətindən danışan qazi deyir ki, bir çox əsgər yoldaşları ağır yaralansa da, döyüş meydanını tərk etmirdilər. Füzuli uğrunda gedən döyüşlərdə Zeynalın özü də yaralanıb. Buna baxmayaraq, yaralı əsgər yoldaşlarına yardım edib onların həyatını xilas etməyi bacarıb. Özü isə 18 gün komada qalıb.

Z.Fərzəliyev qeyd edib ki, yaralarını sarıdığı, yardım etdiyi yoldaşlarından heç biri dünyasını dəyişməyib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
Avropadan baxış: Dağlıq Qarabağ müharibəsi və ekologiya
26.11.2020
Ermənilər Laçını tərk edirlər - FOTOLAR
26.11.2020
Azərbaycan Ordusunun misilsiz Şuşa əməliyyatı - ilginc detallar
26.11.2020
Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
25.11.2020
Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...