Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

Lavrov: “Səfərin nəticələri Putinə təqdim ediləcək”

22:35  |    21 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

“Türkiyə bu regionda real amildir. Yeri gəlmişkən, təkcə bu regionda deyil, o cümlədən bu regionda. Türkiyə bir çox istiqamətlərdə bizim tərəfdaşımızdır və əlbəttə, suveren Ermənistan özünün xarici siyasət tərəfdaşlarını seçdiyi kimi, suveren Azərbaycan da özünün xarici siyasət tərəfdaşlarını seçmək hüququna malikdir”.

Qazilər.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

“Buna görə də siyasi məharət yəqin ondan ibarətdir ki, hər hansı təşəbbüslər irəli sürülərkən, bu və ya digər regionda vəziyyətə real təsir göstərən bütün amillər tam həcmdə nəzərə alınsın. Prezident Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə birlikdə keçirilən sürəkli, gərgin danışıqların uğuru da ümumiyyətlə desək, çox cəhətdən danışıqların bütün iştirakçılarının söylədikləri, onların rəhbər tutduqları qiymətləndirmələrin reallığı ilə şərtlənmişdi. Bildiyiniz kimi, Türkiyə tərəfi ilə bizim Azərbaycan tərəfindən də dəstəklənmiş prinsipial razılaşmamız var ki, Azərbaycan ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılsın. Bu mərkəz Dağlıq Qarabağda və onun ətrafında atəşkəs rejiminə əməl olunmasını distant şəkildə, texniki vasitələrin köməyi ilə izləyəcək. Bu əlavə amil barışığın davamlılığını təmin etməyə imkan verəcək. Əlbəttə, bu məsələdə rusiyalı sülhməramlılar mühüm rol oynayacaqlar”, - o bildirib.

Nazir həmçinin, Rusiyanın qurumlararası nümayəndə heyətinin Yerevana və Bakıya səfərinin nəticələri barədə prezident Vladimir Putinə məlumat veriləcəyini də bildirdi.

“Danışıqların nəticələrini çox müsbət hesab edirik. Bu da prezidentə (Vladimir Putin - Red) qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfəri barədə verilən təlimatın yerinə yetirildiyini bildirməyə imkan verəcək”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
Fransa Senatının qərəzli mövqeyi VİDEO
26.11.2020
Rusiyalı ekspert: “Fransa Senatının qətnaməsi uydurmadır”
26.11.2020
Deputat: “Makron qudurub”
26.11.2020
Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
25.11.2020
Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil