Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

Sergey Lavrov: "Üçtərəfli razılaşmanı heç də hamı dərhal qəbul etmədi"

20:42  |    21 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

"Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşdığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçirilməlidir.

Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımızla aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək".

Qazilər.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar.

Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir"-deyə, o bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
Fransa Senatının qərəzli mövqeyi VİDEO
26.11.2020
Rusiyalı ekspert: “Fransa Senatının qətnaməsi uydurmadır”
26.11.2020
Deputat: “Makron qudurub”
26.11.2020
Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
25.11.2020
Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil