Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

Sertifikatlar sahiblərinə təqdim olundu

18:48  |    21 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti Seçim Turları başa çatıb.

Tərcümə Mərkəzindən Qaziler.az-a bildirilib ki, turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğurlar əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

Təqdimat mərasimində Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Püstə Axundova çıxış edərək turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib. Püstə Axundova imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.

1. Əli Müseyib oğlu Şükrü – hüquq sahəsinə dair mətn və materialların tərcüməsi (Azərbaycan-ingilis-Azərbaycan, fars-Azərbaycan-fars);

2. Emin Ramiz oğlu Şirinov – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ingilis-Azərbaycan);

3. Aygül Məhəmməd qızı Nəbiyeva – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ingilis-Azərbaycan);

4. Səidə Nəriman qızı Nurəliyeva – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (Azərbaycan-ingilis-Azərbaycan);

5. Aysel Rafiq qızı Kərimli – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (Azərbaycan-rus-Azərbaycan; ispan-rus-ispan);

6. Türkan İlyas qızı Əhmədova – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ispan-Azərbaycan);

7. Məhəmməd Zəfər oğlu Cəfərov – media sahəsinə dair mətn və materialların tərcüməsi (fars-Azərbaycan-fars);

8. Sevil Vaqif qızı Həsənova – media sahəsinə dair mətn və materialların tərcüməsi (Ukrayna-Azərbaycan);

9. Ülviyyə Nurəddin qızı Məmmədova – media sahəsinə dair mətn və materialların tərcüməsi (rus-Azərbaycan);


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini gələcəkdə də genişləndirəcək
26.11.2020
“Fransa işğalçı və separatçıları dəstəkləməklə özünü ifşa etdi” - Deputat
26.11.2020
Vətənin keşiyində olan topçu hərbçinin qız övladı dünyaya gəlib - VİDEO
26.11.2020
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
26.11.2020
Milli Məclis Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib