Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Ərdoğan: “Azərbaycanlı qardaşlarımızla 30 illik fəlakətləri başa çatdıran qələbənin sevincini yaşadıq”

16:03  |    21 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


“Zaman-zaman Ermənistanı üstümüzə qaldırmaqla Qafqazda yeni həmlələr etdilər”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.

Ərdoğan deyib ki, kimsənin Türkiyəni yanlış arqumentlərlə təhdid etməyə haqqı yoxdur: “Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik fəlakətləri başa çatdıran bir qələbənin sevincini yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü, vəd edəcək heç bir layihəsi olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da heç nəyə nail olmayacaqlar. Qarşımızdakı bütün çətinliklərə rəğmən, yeni bir dönəmə başladıq. Məqsədimiz nə daxildə, nə xaricdə kimsə ilə savaş etmək, nə də kimsənin hüququnu pozmaqdır. Tam əksinə, dostlarımızla və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq qurmaq istəyirik. Avropa İttifaqından bizə verdiyi sözlərə əməl etməsini, ayrı-seçkilik etməməsini gözləyirik. Gələcəyimizi Avropa ilə birgə qurmağı təsəvvür edirik. Amerika ilə uzun və yaxın müttəfiqlik əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik”.

Prezident Türkiyənin Rusiya və İran kimi tarixi kökləri olan qonşu ölkələrlə, eləcə də Türk dünyası və islam ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətinin olduğunu da vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Koronavirusa yoluxan deputat sağaldı
27.11.2020
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq
27.11.2020
Avtomobili texniki baxışdan keçməyənlərin nəzərinə - DYP
27.11.2020
Vətən müharibəsinin könüllüləri qayıdır - VİDEO
27.11.2020
Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib - VİDEO