Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO

10:20  |    21 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Xəbər verdiymiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib.

Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Nəticədə, Azərbaycan öz ərazilərini illərlə sürən mənfur düşmən tapdağından azad edib.

Müharibə vaxtı düşmən Azərbaycanın dinc əhalisini kasetli bombalardan atəşə tutub, ərazilərimizə ağ fosfor mərmiləri atıb.

İşğaldan azad edilmiş torpaqlarda fosfor mərmisinin partladılması barədə İtaliyanın “La Republica” nəşri reportaj hazırlayıb.

“Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında... 30 il əvvəl 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilib. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir. Burada hər şey dağıdılıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalıb”, - deyə reportajda bildirilib.

Eyni zamanda, qeyd edilib ki, Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilib:

“Ətrafda gördüyümüz kəndlər o cümlədən müsəlman qəbiristanlığı dağıdılıb. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcburi köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.

Digər tərəfdə isə on minlərlə erməni atəşkəs haqqında bəyanata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk etmiş sərhədə yaxın yerləşən Vardenizə üz tutmuşlar. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk ediblər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzəmətini yenidən bərpa edəcəyini və on minlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd edib. (oxu.az)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Düşmənə dərs verən daha bir ŞƏHİD MÜƏLLİM
27.11.2020
Vətən Müharibəsində əməyi olan igidlərimizi tanıyaq - SİYAHI
27.11.2020
Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO
27.11.2020
Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım, heç nə hiss etmirdim” - VİDEO
26.11.2020
Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub