Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı

18:11  |    19 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkən vətəndaşlar üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.

Qazilər.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir. Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (ZOOM və digər proqramlar vasitəsilə) formasında dəstək olacaqlar.

Qeyd olunan telefon nömrəsinə zəng edən vətəndaş ona göstəriləcək psixoloji dəstəyin formasını (telefon danışığı və ya videogörüntü) özü seçəcək.

Vətəndaşın müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə yönləndiriləcək. Mütəxəssislərdən ibarət xüsusi qrup müraciəti araşdırdıqdan sonra vətəndaşa məhz hansı istiqamətdə yardım göstəriləcəyinə qərar verərək, onunla əlaqə yaradacaq.

“Psixoloji dəstək xətti” möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara fasiləsiz və sürətli psixoloji xidməti təmin edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
27.11.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobili alır
26.11.2020
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
26.11.2020
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib - FOTOLAR
25.11.2020
Özünüməşğulluq proqramı Kəlbəcərdə