Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Şəhid generalla bağlı kitab nəşr edildi

17:08  |    10 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan general Polad Həşimovun xatirəsinə həsr olunan kitab “Elm – Təhsil” nəşriyyatında nəşr olunub.

Bu barədə Kult.az-a Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin (DSD İB) sədri, gəmi kapitanı, şair-publisist Faiq Balabəyli məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə kitabın təqdimatı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi baş tutacaq:

“İctimai Birlik şəhid generalın xatirəsinə yazılan əsərlərdən ibarət bir müsabiqə elan etmişdi. Müsabiqə yekunlaşdı və qaliblər müəyyənləşdi. DSD İB-nin layihəsi olan kitabda mərhum general haqqında yazılan şeirlər, hekayələr, esselər, məqalələr və generalla bağlı götürülən müsahibələr yer alıb. Kitabda İbrahim Rüstəmlinin, Azər Turanın, Azad Qaradərəlinin, Afaq Şıxlının, İlham Tumasın, Ayxan Ayvazın, Nicat Həşimzadənin, Tural Balabəylinin, Günel Mehrinin, Kəmaləddin Qədimin, Xanım İsmayılqızının və digər tanınmış imza sahiblərinin əsərləri yer alıb”.

Qeyd edək ki, kitabın tərtibçisi Faiq Balabəyli, redaktoru Hüseyn Sözlüdür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
“Xankəndi necə Stepanakert oldu” xarici KİV-də
19.11.2020
“Şuşa həqiqətləri” xarici KİV-də
16.11.2020
Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında
03.11.2020
Musa Yaqub yaradıcılığı Türkiyə ədəbiyyat portalında
30.10.2020
“Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” videoçarxı xarici dillərdə