Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

Prezident: Ermənistanın məntiqli olması üçün hələ də çox gec deyil

13:59  |    09 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil.

Qazilər.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı
25.11.2020
Cəbhədən qayıdan həkim: “Həyat yoldaşım mənimlə fəxr edir”
09.11.2020
Ermənistanın keçmiş müdafiə nazirinin bacısı ilə Kürdəmirdə MÜSAHİBƏ
09.11.2020
“Şəhidlərin ailəsi bizdən dayanmamağı xahiş edir, təsəvvür edirsiniz?" - Prezident
09.11.2020
Prezident: "Bu, sual deyil, ittihamdır, siz prokuror kimi danışırsınız..."