Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

Salam, əsgər…

21:27  |    06 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Bu məktubu sənə dərin, sanki sualtı səssizliyə dalmış sübhün qaranlığından yazıram.

Afaq Məsud |

Bil ki, doğma torpaqlarımız uğrunda savaşa yollandığın gündən burada hər sübhümüz belə açılır… – mərmi səsləri, raket zərbələri, partlayışlar dolu qanlı-qadalı, lal sükutla...

Sən savaşa qalxan gündən buralarda hər şey dəyişib – gecələr, gündüzlər, düşüncələr, duyğular, bir-birimizə münasibətlər... Gecələr ətraf sanki dinc yuxu sükutuna qərq olsa da, əslində heç bir dinclik, yuxu yoxdur. Hər ev, hər kəs sənin ardınca irəlilədiyin sürüşkən cığırlarla, addım-addım qalxdığın sıldırımlı qayalıqlarla yeriməkdə, sənə tuşlanan güllələri, mərmi qəlpələrini havadaca sinələri və ovuclarıyla tutmaqdadır…

İndi haradasan, əsgər?.. Ardınca addım-addım kölgə tək sürünən bizləri eşidirsənmi?.. Qarlı-şaxtalı fevral gecəsi isti yatağından qaldırılıb amansız işgəncələrlə qətlə yetirilən soydaşlarının, erməni divanından canını qurtarmaq üçün yalın ayaqlarla qarlı meşələrə qaçan alagözlü, gözəlüzlü xocalılıların qalib bayraqlartək bizimlə çiyin-çiyinə sənin ardınca addımladığını duyursanmı?.. Bilirəm, şəhidlərimizin, günahsız, məsum qurbanlarımızın ağrısından bərkiyib polada dönmüş vücudun bədənində açılan güllə yaralarını hiss etmir… Yaralı, yorğun bədənin torpağa düşsə də, qəlbində məşəltək daşıdığın müqəddəs üçrəngli bayraq enmir! O bayrağı son nəfəsinəcən, aldığın torpaqlarımızın son qarışınacan dik tutacağını bilirəm, ey mənim igid əsgərim!

“Torpaq, uğrunda ölən varsa, vətəndir” – deyirlər. Amma axı Vətən tək bir torpaq, təbiət, meşələr, dağlar deyil?! Vətən hər şeydən əvvəl onun uğrunda öləndən başlanır! Vətən sənsən, əsgər! Vətəni Vətən edən İgid!

Var ol, əsgər! Yaşa, igid Vətən!


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları