Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7311

Digər sorğular

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb

21:59  |    01 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 69 nəfərə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

Qeyd edilir ki, zəlzələ zamanı 949 nəfər xəsarət alıb. Onlardan 220-nin müalicəsi davam etdirilir. Zəlzələ zamanı dağılmış 8 binada axtarış-xilasetmə işləri davam etdirilir.

20:45
Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 64-ə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

"Zəlzələ nəticəsində 64 nəfər həlak olub, daha 940 nəfər xəsarət alıb", - deyə agentliyin xəbərində bildirilir.

18:28
Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd olunub ki, hazırda 218 nəfərin müalicəsi davam edir.

15:36
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib.

Prezidentin sözlərinə görə, indiyədək 58 nəfər zəlzələdən həlak olub, 896 nəfər yaralanıb.

15:01
Türkiyənin İzmir şəhərində baş verən yeraltı təkanlar nəticəsində ölənlərin sayı artıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 55-ə yüksəlib.

10:40
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 49-a yüksəlib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, hazırda 214 nəfərin müalicəsi davam edir.

09:10
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 43 nəfərə yüksəlib.

Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

07:03
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 42 nəfərə yüksəlib.

Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2021
Tel Rıfat bölgəsində əməliyyat: Terrorçular məhv edildi
24.01.2021
Türkiyə yeni patrul təyyarəsini istifadəyə verib
24.01.2021
Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki bazaları haralardadır?
21.01.2021
Bayden hakimiyyəti indidən Türkiyəni təhdid edir – General
21.01.2021
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı