Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

Tural Gəncəliyev Kanada parlamentinin üzvünü və senatorunu üzr istəməyə çağırıb

17:36  |    29 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev Kanada parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhə həm video, həm də yazılı formata etirazını bildirib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, son günlər adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalını dəstəkləyən bəyanatlar səsləndiriblər. Tural Gəncəliyev Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinə Ermənistan tərəfindən atılan qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın mülki şəxsin öldürülməsi, onların arasında 10 azyaşlının olması faktını həmin şəxslərin, həmçinin Kanada parlamentinin bütün üzvlərinin diqqətinə çatdırıb.

İcma rəhbəri bildirib : “Seçicilərinizin hüquqlarını qorumaq əvəzinə, sizə verilən tribunadan erməni lobbisinin ruporu kimi çıxış etməyiniz seçicilərinizə hörmətsizlik kimi qiymətləndirilir. Siz bu hərəkətlərinizlə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz”.

Müraciətdə Tural Gəncəliyev Kanadanın Ontario və Kvebek bölgələrinin əhalisinə səslənərək bildirir ki, bu gün sizi parlamentdə təmsil edən şəxslər bütün insan haqlarını kobud şəkildə pozaraq günahsız insanların ölümünə haqq qazandırır. Bu siyasətçilər doğrudanmı sizin dəstəyinizə layiqdirlər?

Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri T.Gəncəliyev, Singh və Housakosun xalqımıza qarşı qərəzli mövqelərini kəskin şəkildə qınamaqla yanaşı, onları Azərbaycan xalqından üzr istəməyə çağırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.11.2020
Ermənistanın sabiq baş naziri: “Bu, məğlubiyyət deyil, bu darmadağındır”
25.11.2020
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
25.11.2020
“Şanlı Ay-Ulduzumuz Azan səsləri ilə birgə Kəlbəcərdə dalğalanacaq” - Türkiyə MN
25.11.2020
Spikerdən Kəlbəcərlə bağlı paylaşım
24.11.2020
İlham Əliyev Putinlə 10 noyabr bəyanatını müzakirə etdi