Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb

14:54  |    29 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) oktyabrın 28-də işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumu ilə bağlı Tramp administrasiyasını, media şəbəkələrini, tanınmış rəsmi şəxsləri və ictimai xadimləri məlumatlandırmaq üçün məktub kampaniyasına başlayıb.

Diasporla iş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, məktubda qeyd edilir ki, raket hücumu nəticəsində 21 nəfər həlak olub, 60-dan çox şəxs yaralanıb, xeyli sayda yaşayış ərazilərinə, mülki obyektlərə ciddi ziyan dəyib.

“Ermənistan Respublikasının ərazisindən edilən raket hücumunun şəxsən Ermənistanın Müdafiə naziri David Tanoyanın sifarişi ilə edildiyi bildirilir. Döyüş meydanında Azərbaycan ordusuna uduzan Ermənistan, Azərbaycanın çevik cavab tədbirlərinə davam gətirə bilməyərək genişmiqyaslı regional müharibəyə başlamaq qərarı verib.

Sizdən xahiş edirik ki, bu qısa məktubu seçilmiş rəsmilərə, Tramp administrasiya-sına və media şəbəkələrinə göndərməklə onları Ermənistanın təcavüzkar hərəkətləri və beynəlxalq hüququ pozması ilə bağlı məlumatlandırasınız”- deyə məktubda bildirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Çavuşoğlu: “Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”
27.11.2020
Erməni generaldan Paşinyana cavab: “Onun psixi problemləri var”
27.11.2020
Putin iclasda sülhməramlılardan danışdı
27.11.2020
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür
27.11.2020
General Movses Akopyan “metallom” satırmış - Nikol Paşinyan