Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Bakıda anadan olan Rixard Zorqenin məzarının hüququ Rusiyanın Yaponiyadakı səfirliyinə keçib - FOTO

14:29  |    29 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


Rusiya səfirliyi Tokionun yaxınlığındakı Tama qəbiristanlığında dəfn olunan əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorqenin məzarının hüqunu əldə edib.

Bu münasibətlə təşkil edilən mərasimdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin səfirləri iştirak ediblər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Tokyodakı hərbi attaşesi Sergey Şaşkov bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçı zabitin mülki həyat yoldaşı Hanako İsiinin vəfatından sonra, məzara qulluq hüquqları yaxın qohumuna keçib. Lakin qadın 2018-ci ildə vəfat edib. Bundan sonra Hanako İsiiinin varisləri bu məzarın hüququnu Rusiyanın Yaponiyadakı səfirliyinə verilməsi üçün vəsiyyət edib.

Qeyd edək ki, Rixard Zorge 1895-ci ilin oktyabrın 4-də Bakıda anadan olub. Uşaq yaşlarından atasının işi səbəbindən Bakıdan Berlinə köçəndən sonra o, bir daha Azərbaycana gələ bilməyib. Bununla belə əfsanəvi kəşfiyyatçı Azərbaycanın xatirəsini daim əziz tutub. R.Zorqenin sonrakı illərdə özü tərəfindən yazılan xatirələrində bunu aydın görmək olur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Qazaxın işğal altında olan 7 kəndi mütləq qaytarılacaq
27.11.2020
“Bayraktar”ın yaradıcısı “ASAN xidmət”in yeni layihəsində
27.11.2020
Vilayət Eyvazovdan yeni təyinat - FOTO
27.11.2020
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
27.11.2020
İranın nüvə alimi öldürüldü - Foto