Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb

12:51  |    29 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.

Qaziler.az bildirir ki, ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırım olduğunu xatırladan aksiya iştirakçıları, dünya ictimaiyyətini Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər. Aksiyada "Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, "Gəncə üçün dua et!", “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şuarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.11.2020
Britaniyada yaşayan soydaşlarımız Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
25.11.2020
Türkiyə Prezidenti: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”
25.11.2020
Fulya Öztürk koronavirusa yoluxdu - FOTO
25.11.2020
Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu ötüb
25.11.2020
Çavuşoğlu: "Yük gəmisinə rəsmi icazə olmadan müdaxilə etmək quldurluqdur"