Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7211

Digər sorğular

Faşist Ermənistanın son çırpıntıları - belə getsə, “Berlin döyüşü” də qaçılmaz olacaq!

13:19  |    29 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


İşğalçı ölkə kapitulyasiyaya imza atmağı gecikdirdikcə, özünə daha faciəli sonluq hazırlayır; Putin Ermənistanı xilas etməyəcək, çünki...; rusiyalı hərbi mütəxəssis: “Azərbaycan isbat etdi ki, Qarabağ probleminin hərbi həll yolu var...”

Bu gün Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında 3+2 formatında görüş planlaşdırılır. Lakin bu görüşün də Qarabağ ixtilafının həllində kardinal dönüşə səbəb olacağına inam azdır. Ona görə ki, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi hələ də cəbhədəki acı məğlubiyyətini etiraf etməyə və konstruktivlik göstərməyə tələsmir.

Ermənistanın başını itirmiş baş naziri Nikol Paşinyanın öz xalqına son müraciəti buna şübhə yeri saxlamır. Demək, hərbi yolla həll variantı öz aktuallığını saxlayır. Demək ki, Azərbaycan Ordusu sonadək - düşmənin tam və qeyd-şərtsiz kapitulyasiyasına qədər getməli olacaq.

Bununla belə, Cenevrə müzakirələri ərəfəsində həmsədr dövlətlərin rəsmiləri səviyyəsində diplomatik fəallığın artdığı da müşahidə edilir. Məsələn, Türkiyə və Rusiya prezidentləri arasında srağagün müharibə başlayandan bəri ikinci dəfə telefon danışığı olub. ABŞ dövlət katibi Mayk Pompeo isə eyni gündə Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyana telefon açıb. Məlumata görə, ABŞ xarici siyasət idarəsinin başçısı bir daha konfliktin hərbi həllinin olmadığını bildirib. Yəni ki, yalnız siyasi çözüm. Təbii ki, bu mesaj müstəsna olaraq, ard-arda hərbi qələbələr qazanan Bakıya ünvanlıdır.

Bəs Pampeonun dediyi o siyasi çözüm haradadır? Görən varmı? Varsa, münaqişə niyə 28 ildə həll olmadı? Siyasi həll variantı real idisə, Azərbaycan nədən silaha əl atmalı, hərbiyə bunca xərc çəkməli idi?

*****

Məsələ də ondadır ki, işğalçını sülhə vadar etməyin tək yolu indi yalnız silahdır, daha dəqiqi, hərbi-siyasi yoldur. Hansını ki, İlham Əliyev öz müsahibələrində bir neçə dəfə vurğulayıb. Başqa sözlə, işğalçı tərəf Azərbaycanın hərbi “yumruğunu” yeməlidir ki (yeyir də!) o, nəhayət, sülh barədə, Bakı ilə anlaşma barədə ciddi düşünsün. Heç bir alternativinin qalmadığına, status-kvonu süni şəkildə uzatmağın mümkünsüzlüyünə qəti əminlik hasil eləsin.

Bu yerdə daha bir ritorik sual yaranır: əgər işğal probleminin hərbi həll yolu yoxdursa, o zaman sovet qoşunları nədən Berlinə - işğalçı Almaniyanın paytaxtına kimi getdi? Elə Stalinqrad ətrafında Hitlerlə illərlə danışıq aparardılar da? Azərbaycan isə İrəvana getməyi hədəfləməyib, yalnızca öz ərazilərini işğaldan azad eləməklə məşğuldur. Ancaq bunu da bizə çox görürlər.

Görəsən, Birləşmiş Ştatlar öz ərazisinin 20%-iik işğalına neçə il dözərdi? Ümumiyyətlə, dözərdimi? Həmçinin “münaqişənin hərbi həll yolu yoxdur” deyə iddia edən Fransa və Rusiya rəsmiləri. Əgər torpaqlarına soxulmuş işğalçı sözlə yola gəlmirsə, əksinə, səni yeni ərazi işğalı ilə hədələyirsə, o zaman, ona qarşı hansı mübarizə üsulu qalır? Üstünə silahla gələnlə danışıq aparılırmı?..

*****

“Qarabağdakı münaqişənin hərbi yolla həlli var və bunu indi Azərbaycan Ordusu sübut edir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Rusiyada nəşr olunan “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Telegram kanalında deyib.

Mütəxəssis bir sıra rusiyalı ermənipərəst ekspertlər və erməni mənşəli politoloqların Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın neft və qaz infrastrukturuna raket zərbələri endirilməsinin zəruriliyi barədə təhlükəli tezislər irəli sürdüyünə diqqət çəkib: “Bu cür müraciətlər birbaşa terror aktlarının həyata keçirilməsinə çağırış kimi təsnif edilməlidir və Rusiya hüquq-mühafizə orqanları bu adamlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırmalıdır”.

Ekspert bunu da xüsusi qeyd edib ki, “Ermənistana nə pul qarşılığında loyallıq, nə də səmimi rəğbət Azərbaycana qarşı terror aktları həyata keçirmək çağırışlarına əsas olmamalıdır.

“Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatları ardıcıl şəkildə və uğurla həyata keçirir”.

Bunu isə digər rusiyalı hərbi ekspert Vladislav Şurıgin bildirib (Report). Ekspertin fikrincə, müəyyən məqamdan sonra həm Azərbaycan Ordusunun texniki və təşkilati üstünlüyü, həm də Ermənistandakı daxili böhran öz təsirini göstərməyə başlayıb: “Nəticədə Azərbaycan 28 ildir Ermənistanın nəzarətində olan torpaqlarını inamlı şəkildə azad edə bilib. Mən bunu Azərbaycanın siyasi və hərbi rəhbərliyi tərəfindən son illər gördüyü böyük işlərin bəhrəsi kimi görürəm. Qarşıya qoyulan vəzifələri yerinə yetirən Azərbaycan Ordusunu müsbət qiymətləndirirəm. Belə ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpası olan başlıca məsələni həll etməyə qadir olan regionun güclü ordularından birini yaratmağa müvəffəq olub”.

Mütəxəssisin qənaətincə, Azərbaycan artıq Dağlıq Qarabağ probleminin həllinə nail olub: “Ermənistanla Azərbaycan hərbi, iqtisadi potensial baxımdan müqayisə oluna bilməz. Bu münaqişə zamanı əldə olunan döyüş təcrübəsi sayəsində Azərbaycan ordu quruculuğuna bundan sonra da uğurla davam edə biləcək”.

*****

İşğalçı və faşist Ermənistan isə artıq son çırpıntılarını yaşamaqdadır. Bunu onun terrorçu rəhbəri Paşinyanın çarəsiz durumundan aydın sezmək olar. Məhz çarəsizliyin nəticəsidir ki, Ermənistan ərazisindən mülki yaşayış məntəqələrimiz daha amansızcasına, həm də qadağan olunmuş raketlərlə alçaqcasına atəşinə tutulur, dinc sakinlərimiz, körpələrimiz vəhşicəsinə qətlə yetirilir. Ancaq vəziyyət artıq elədir ki, kimsə işğalçını və onun azğın rəhbəri Paşinyanı Azərbaycanın əlindən almayacaq. Almağa hazırlaşmır. Ələlxüsus da Rusiya.

“Nə qədər ki, Paşinyan Ermənistanda hakimiyyətdə qalacaq, Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq. Və doğru edəcək”.

Bunu “Komsomolskaya Pravda”ya müsahibəsində peşəkar hərbi konfliktoloq İqor Lifanov deyib. Lifanov qeyd edib ki, Ermənistan və Qarabağda vəziyyət nə qədər pis olarsa, bu, Putinə bir o qədər sərfəlidir. “Burada məşhur ”nə qədər pis olsa, bir o qədər yaxşıdır" prinsipi keçərlidir. Paşinyanın hakimiyyətdə olduğu bütün dövr ərzində anti-Rusiya “nailiyyətlərini” sadalamaq və təhlil etmək kifayətdir", - deyə o qeyd edib və ardınca N.Paşinyan hökumətinin atdığı anti-Rusiya addımlarını sadalayıb.

*****

“Paşinyan çarəsiz və çıxılmaz durumdadır. O, Azərbaycanın hərbi strategiyasının bu günə qədər heyrətamiz dərəcədə uğurlu olduğunu bilir və möcüzəvi şəkildə xilas olacağına inanır, ümid edir ki, birtəhər, möcüzəvi şəkildə erməni qüvvələri daha yüksək ərazilərin üstünlüyündən istifadə edərək, Azərbaycanın hücumlarını dayandıracaq və bu ərəfədə kimsə Ermənistan adından məsələyə müdaxilə edəcək. Bilmirəm, kimin onların müdafiəsinə gələcəyini düşünür. Yəni Rusiya artıq yardıma gəlməyəcəyini bəyan etdi, çünki döyüşlər Ermənistan ərazilərində deyil, Azərbaycan torpaqlarında gedir. Düşünürəm ki, Ermənistanın baş naziri həqiqətən çıxılmaz vəziyyətdədir”.

Bunu isə ABŞ-ın Minsk Qrupundakı və ölkəmizdəki sabiq səfiri Metyu Brayza deyib.

Düz deyib. Hitler də 1945-ci ildə, “Berlin döyüşü” ərəfəsində eyni panik ovqatda idi...

Və Hitler də son nəfəsində Avropada mülki əhalini bombalayırdı.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2020
"Vızıltı eşitdinsə, demək ölmüsən" - Fransadan döyüşmək üçün Qarabağa gələn erməni
28.11.2020
Şəhid Camal İsmayılov: Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar - VİDEO
28.11.2020
Qarabağa nə qədər erməni qayıtdı?
28.11.2020
Ağdam 27 il işğal altında qaldıqdan sonra - VİDEO
28.11.2020
Oğlum hamıya çarə olduğumu deyirdi, amma ona kömək edə bilmədim - VİDEOREPORTAJ