Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var

16:52  |    28 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Naziriyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olub, bir əməkdaşı isə ağır yaralanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Ermənilər Amin Musayevin fotosunu paylaşdı - FOTO
27.11.2020
Türkiyədə zəlzələ oldu
27.11.2020
Laçından köçmək istəyən ermənilərə dövlətləri kömək etmir
26.11.2020
Şair Nisə Bəyim vəfat edib
26.11.2020
Ermənistanda rus hərbçinin meyiti tapıldı