Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7211

Digər sorğular

Ermənilər “fake” videoları necə hazırlayır? - VİDEO

21:13  |    26 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Ermənistanın rəsmi və qeyri-rəsmi məlumat mənbələri üçün saxta və ya müasir dillə desək “fake” məlumatların yayılması adi hal olub. “Fake” xəbərlər və saxta videolar erməni tərəfinin informasiya müharibəsinin əsas silahına çevrilib.

Azərbaycan sərhədçisi formasında suriyalı silahlıların olması mövzusu son bir ayda Ermənistan hakimiyyət orqanlarının Rusiya və Qərbin bir sıra mediasında yayılan sevimli “fake”lərindəndir. Erməni təsiri altına düşən əcnəbi jurnalistlər də bu məlumatlara inanır və hətta yoxlamağa belə tənəzzül etmirlər.

Məsələn, materiallarda gedən “muzdluların” adlarının bir neçə il əvvəl öldürülən suriyalıların açıq siyahısında olduğu dəfələrlə sübut edilib.

Bu günə qədər erməni tərəfi nəinki əhəmiyyətli dəlillər təqdim etməyiblər, hətta İŞİD üzvü olan suriyalı terrorçuların marketlərə soxularaq araq şüşələrini qırdıqları, bundan başqa “öldürülən muzdluların” cəsədlərinin “Araks bataqlığında” qabanların parçaladığına dair ağlasığmaz ifadələri ilə məşhur olublar.

Sonra informasiya məkanını Ermənistan hakimiyyətinin əsassız açıqlamalarını guya təsdiqləyən saxta video kliplər dalğası bürüdü. Halbuki belə bir videonun hazırlanması çox zəhmət tələb etmir, bunun üçün Suriyadakı döyüşlər haqqında internetdə tapılması asan olan video materiallardan istifadə etmək, sonra titrlər qoymaq və redaktə etmək kifayətdir. Yaxşı səy göstərilsə, peşəkar səs aktyorluğu və səhnə qurmaqla daha inandırıcı material yaratmaq mümkündür.

“Karabakh is Azerbaijan” “Telegram” kanalının təşəbbüs qrupunun hazırladığı nümunədə terrorçular barədə “fake” materialı hazırlamağın nə qədər asan olduğunu görmək olar.





Oxu.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2020
Öküz ili bürclərə nə vəd edir? - Yeni tanışlıqlar...
20.11.2020
Şəhidin son sözü - VİDEO
18.11.2020
DÖVLƏTOĞLU... - Qənirə Paşayeva
16.11.2020
Sami Yusif Şuşadakı əsgərlərimizin videosunu paylaşdı - VİDEO
13.11.2020
Mirzə Cəlilin nəticəsi Polşa prezidentinə məktub yazdı