Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır

20:31  |    26 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

Qazilər.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, ilk növbədə, yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə “Azəriqaz” bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

"İstehsalat Birliyi işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır", - deyə qurum bəyan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər üçün peşə hazırlığı kursları təşkil ediləcək
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
27.11.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobili alır
26.11.2020
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
26.11.2020
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib - FOTOLAR