Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7211

Digər sorğular

Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik

13:30  |    24 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

Qazilər.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:

“Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2020
Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi - VİDEO
28.11.2020
Füzulidə minaya düşənlərin meyitləri təhvil verilib - FOTO
28.11.2020
Füzulidə həlak olanlardan biri baş redaktordur
28.11.2020
Mina partlayışı nəticəsində həlak olanlar bir ailənin üzvləridirlər
28.11.2020
Füzulidə 5 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ