Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

İlham Əliyev: “Azərbaycan regional haba çevrilib"

18:13  |    24 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilib".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

"Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik”, - deyə o, qeyd edib.

İ.Əliyev həmçinin əlavə edib ki, bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib: "Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.

İnternet bağlantısına gəldikdə isə biz informasiya texnologiyaları sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80%-dir, yəni, əhalinin 80%-i internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət ("Nextel") mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir”, - deyə Prezident əlavə edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
“Canavar” ləqəbli qazimiz: “Komandirim döyüşün ortasında məni çiyninə aldı, çıxardı”- MÜSAHİBƏ
26.11.2020
Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı
25.11.2020
Cəbhədən qayıdan həkim: “Həyat yoldaşım mənimlə fəxr edir”
09.11.2020
Ermənistanın keçmiş müdafiə nazirinin bacısı ilə Kürdəmirdə MÜSAHİBƏ
09.11.2020
“Şəhidlərin ailəsi bizdən dayanmamağı xahiş edir, təsəvvür edirsiniz?" - Prezident