Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Prezident: “Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır”

12:28  |    24 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu məlumatları Fransanın “Le Figaro” qəzetinə müsahibəsində açıqlayıb.

“Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
“Canavar” ləqəbli qazimiz: “Komandirim döyüşün ortasında məni çiyninə aldı, çıxardı”- MÜSAHİBƏ
26.11.2020
Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı
25.11.2020
Cəbhədən qayıdan həkim: “Həyat yoldaşım mənimlə fəxr edir”
09.11.2020
Ermənistanın keçmiş müdafiə nazirinin bacısı ilə Kürdəmirdə MÜSAHİBƏ
09.11.2020
“Şəhidlərin ailəsi bizdən dayanmamağı xahiş edir, təsəvvür edirsiniz?" - Prezident