Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7211

Digər sorğular

Putin: “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

21:46  |    22 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”.

Qazilər.az xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

“Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.

V.Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır.

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur.

“Bu kompromisin tapılmasını çox istərdim”, - V.Putin əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2020
Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
28.11.2020
Əliyev tələb etsə, Paşinyan bunu ödəməlidir - Ovannisyan
28.11.2020
“Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq”
28.11.2020
Ermənistan prezidenti Rusiyaya qeyri-rəsmi səfər edib
28.11.2020
Türkiyənin vitse-prezidenti: "Başqa ölkələr kar və kor olarkən biz Azərbaycanın yanında olduq"