Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Zəngilanda Azərbaycan Bayrağının ucaldığı bina haqda prokurorluq məlumat yaydı - VİDEO

21:38  |    22 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Qürurla bildiririk ki, 20 oktyabr 2020-ci il tarixdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə video müraciəti yayımlanmışdır.

Qazilər.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilmişdir.

Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq etmişlər.

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları bütün torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağına inanır, işğaldan azad olunmuş şəhər və rayonlarımızda fəaliyyətlərini davam etdirəcəkləri günü səbrsizliklə gözləyir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Qazaxın işğal altında olan 7 kəndi mütləq qaytarılacaq
27.11.2020
“Bayraktar”ın yaradıcısı “ASAN xidmət”in yeni layihəsində
27.11.2020
Vilayət Eyvazovdan yeni təyinat - FOTO
27.11.2020
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
27.11.2020
İranın nüvə alimi öldürüldü - Foto